“Barselona” Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır

İDMAN 09 mar 2019, 23:58

İspaniyanın “Barselona” klubu ulduz futbolçusu Lionel Messiyə yeni bir müqavilə təklif etməyi planlaşdırır.


Demokrat.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı hücumçunun sözləşməsini 2023-cü ilə qədər uzatmaq niyyətindədir.


Qeyd edək ki, Lionel Messinin klubla hazırkı müqaviləsi 2021-ci ilin iyul ayında başa çatır. Argentina millisinin də şərəfini qoruyan oyunçu 2004-cü ildən bəri “Barselona”da çıxış edir. 


O, cari mövsüm İspaniya La Liqasında 24 oyunda iştirak edib və 25 qol vurub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top