“Çıxılma yalnız kredit borclarının ödənilməsinə yönələcək” – Zakir Nuriyev

İQTİSADİYYAT 09 mar 2019, 21:27

Aprelin əvvəlində problemli kreditlərlə bağlı siyahının hazırlanması üçün banklara verilən vaxt bitir. Bundan sonra təsdiqlənmiş siyahı üzrə kompensasiyaların ödənilməsinə və kreditlərin yenidən restruktrizasiya olunmasına başlanacaq.


Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyevin sözlərinə görə, bankların siyahıları hazırlaması üçün bir ay vaxt verilib. Bu siyahılar təsdiq ediləndən sonra banklar büdcədən ayrılan vəsaitləri müştərilərin hesabına köçürəcək və bu barədə müştərilərə məlumat verəcəklər.


“Lakin hesablara daxil olmuş həmin vəsait üzrə əgər müştərinin banka borcu varsa, bu borclar ödənildikdən sonra yerdə qalan hissəsi müstəqil şəkildə istifadə oluna bilər. Əgər vətəndaş borcunu tam şəkildə ödəyibsə, vəsait yenə də müştərinin hesabına köçürüləcək və ondan istədiyi kimi istifadə edə bilər. Çıxılma yalnız kredit borclarının ödənilməsinə yönələcək”, – Nuriyev oxu.az-a açıqlamasında vurğulayıb.


Z.Nuriyev qeyd edib ki, 10 min dollar və 17 min manat kredit borcu üzrə faizlər, cərimələr və dəbbə pulları bankların hesabına tam silinəcək. Bu qrup üzrə toplam borcların həcmi isə 900 milyon manat təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top