Bakıda silahlı şəxs saxlanıldı

KRİMİNAL 09 mar 2019, 14:04

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov rayon Polis idarəsi 18-ci polis şöbəsi əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat keçirib.


Nəticədə əvvəllər məhkum olunmuş paytaxt sakini Azər Cəfərzadə Təbriz küçəsində yerləşən parkın ərazisində polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb.


Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Revolver” tipli tapança və ona aid 2 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs silah-sursatı bir müddət əvvəl qəbristanlıqdan tapdığını və həmin gündən bəri polisə könüllü təhvil verməyərək üzərində daşıdığını bildirib.


Faktla bağlı Nərimanov rayon Polis idarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb. A.Cəfərzadə barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top