İçməli suyun təhlükəli olduğu ölkələrin adları açıqlandı — Siyahıda Azərbaycan da var

HADİSƏ 09 mar 2019, 12:34

“Globehunters” turizm agentliyi ABŞ xəstəliklər üzrə nəzarət və profilaktika mərkəzinin (ABŞ Səhiyyə Nazirliyinin tabeliyində olan federal agentlik – red.) kran suyunun təhlükəsiz və ya xoşagəlməz olan ölkələrin siyahısını dərc edib.


Demokrat.az xəbər verir ki, bu barədə "Daily Mail" yazır.


Siyahıda 187 ölkə yer alıb, o cümlədən, Azərbaycan, Türkiyə, İran, Rusiya və Estoniya istisna olmaqla, bütün postsovet ölkələri.


Qeyd olunur ki, siyahıda göstərilən ölkələrdə kran suyunu çirkliliyi göstərilməyib, sadəcə bu su içməli deyil.


Ən təhlükəsiz su təchizat sistemi ABŞ (Quam adasından başqa – red.), Kanada, Avstraliya, Çili, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Norveç və əksər Avropa İttifaqı ölkələrindədir.


Nəşr qeyd edir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada il ərzində təhlükəsiz sudan yaranan diarreyadan 842 min nəfər ölür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top