Binəqədidə binada yanğın söndürüldü — YENİLƏNİB

HADİSƏ 09 mar 2019, 11:14

Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında başlayan yanğın söndürülüb.


Demokrat.az xəbər verir ki, yanğın zamanı xəsarət alan olmayıb, lakin sakinlərdən bəziləri özlərini pis hiss etdikləri üçün hadisə yerinə təcili yardım briqadası cəlb edilib və onlara yerində yardım göstərilib.


Yanğının elektrik xətlərində qısaqapanma səbəbindən baş verdiyi bildirilir.


***


09:17


Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında yanğın baş verib.


Demokrat.az xəbər verir ki, yanğın binanın 3-cü mərtəbəsində başlayıb.


Yanğınla əlaqədar bina sakinlərin təxliyə olunublar. 


Hazırda hadisə yerində yanğınsöndürmə briqadası çalışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top