Venesuelada elektrik enerjisinin kəsilməsi 79 nəfərin ölümü ilə nəticələndi

DÜNYA 09 mar 2019, 10:11

Venesuela Milli Məclisinin deputatı Xose Manuel Olivares bildirib ki, ölkədə enerji təchizatında yaranan problemlər nəticəsində 79 nəfər həyatını itirib.

 

"Xəstəxanaların son milli sorğusu təsdiq edib ki, elektrik enerjisi ilə problemlərə görə tibbi müəssisələrdə 79 nəfər ölüb", - deyə o bildirib.

 

Deputat tərəfindən yayılmış qrafikdə noyabrdan fevrala qədər olan dövrdə həlak olanlar haqqında informasiya göstərilib.

 

Venesuelada özünü respublikanın müvəqqəti prezidenti elan etmiş ölkə Milli Məclisinin spikeri Xuan Quaydo bildirib ki, martın 9-da Karakasda müxalifətin etiraz aksiyası keçiriləcək.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top