ABŞ Türkiyəni şantaj etməkdə davam edir

DÜNYA 09 mar 2019, 08:57

ABŞ Türkiyəni Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərini əldə edəcəyi halda sərt fəsadlarla hədələyib. 

 

Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Çarlz Sammers The Hill-ə açıqlamasında bildirib.  

 

Onun sözlərinə görə, Ankara Rusiya ZRK-larını əldə edəcəyi təqdirdə Türkiyənin ABŞ-la hərbi sahədə əməkdaşlığı ciddi çəkildə pisləşəcək.  

 

"Türkiyə S-400-lərə sahib olacağı təqdirdə F-35 qırıcı təyyarələrini və Patriot zenit-raket komplekslərini əldə edə bilməyəcək",  - deyə Ç.Sammers vurğulayıb. (oxu.az)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top