Şirkət rəhbəri xanım işçilərini belə təbrik etdi — FOTOLAR

MARAQLI 08 mar 2019, 12:43

“Huner Group” şirkətinin təsisçisi Ehtiram Quliyev şirkətdə çalışan xanım işçiləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.


Demokrat.az xəbər verir ki, şirkət rəhbəri xanım əməkdaşlarının şərəfinə xüsusi ziyafət təşkil edib və onları təbrik edərək, can sağlığı, uzun ömür arzulayıb. 


O bildirib ki, qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər: 


“Günümüzdə də kişilərlə çiyin-çiyinə çalışan qadınlar, ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayırlar”.

 


Qeyd edək ki, bu arada Azərbaycanın inşaat sektorunda özünəməxsusluğu ilə seçilən Huner Group-dan sevindirici xəbər. 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar hazır binadan mənzil alan müştərilərə 8 % endirim təklif olunur. 


Kampaniya Huner Group-un inşaat layihələrindən biri olan Park Tower - Baku White City yaşayış kompleksində yerləşən mənzillər üçün nəzərdə tutulub. Tikintisi tamamlanan yaşayış kompleksi Bakı Ağ Şəhər-in baş planına uyğun olaraq layihələndirilib. 


Kompleksin müasir üslublu arxitektura konsepsiyası mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti ATKINS tərəfindən hazırlanıb. 20 mərtəbəli kompleksin hər mərtəbəsində 5 ədəd olmaqla ümumilikdə 84 mənzil ən müasir standartlara uyğun olaraq hazırlanıb. Kampaniyaya daxil olan mənzillər 3 otaqlı (162 m2), 4 otaqlı (190 m2) və 5 otaqlı (227 m2) olmaqla 3 tipdədir. 


Qeyd edək ki, Park Tower yaşayış kompleksinin tikintisi tamamilə yekunlaşıb və mənzillər təmirə hazır vəziyyətdədir.


Təklif 31 mart 2019-cu il tarixinə qədər keçərlidir.


Ağ Şəhər, Park rayonu

+994 12 409 00 44

 +994 50 409 00 44

[email protected]

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top