Bakıda DƏHŞƏTLİ qəza: “Niva” sürücüsü “zapravka”nı dağıtdı — VİDEO

HADİSƏ 08 mar 2019, 13:56

Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib.


Demokrat.az primetime.az-a istinadən xəbər verir ki, "90-LP-444" dövlət nömrə nişanlı "Niva" markalı avtomobil paytaxtın Nərimanov rayonundakı yanacaqdoldurma məntəqələrinin birinə daxil olarkən qəza törədib.


Belə ki, sürücü idarəetməni itirərək, yanacaqdolduran aparatla toqquşub. Qəza nəticəsində avtomobil aşıb, yüngül xəsarət alanlar var.


Sürücünün içkili olduğu bildirilir. Avtomobildə 2 qız və 2 oğlanın olduğu bildirilir.


Hadisə yerinə polis əməkdaşları cəlb olunub.


Həmin görüntüləri təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top