Venesuela qəfildən zülmətə qərq oldu — Maduroya qarşı "ENERJİ MÜHARİBƏSİ"

HADİSƏ 08 mar 2019, 13:27

Dünəndən başlayaraq Venesuelanın əksər hissəsi qaranlığa bürünüb. Paytaxt Karakas da daxil olmaqla ölkənin 10 ştatında elektrik enerjisi təchizadı dayanıb.


Demokrat.az xəbər verir ki, Karakasda metro xətləri də enerjisiz qalıb və bu üzdən metropoliten bağlanıb. Bundan başqa beynəlxalq hava limanında elektrikin kəsilməsi üzündən uçuşlar da təxirə salınıb.


Sosial şəbəkə istifadəçilərinin yazdığına görə, And dağlarından Karib sahillərinədək bütün ərazi zülmətə qərq olub. Nikolas Maduronun hökuməti açıqlama verərək bildirib ki, elektrik enerjisi təchizatı “kiber hücum” nəticəsində sıradan çıxıb. Hakimiyyətin rəsmi açıqlamasında bildirilir ki, bu bir təxribatdır və xarici qüvvələr onlara qarşı “enerji müharibəsi”nə başlayıblar.


İnformasiya naziri Xorxe Rodriqez baş verənləri Venesuelada hakimiyyəti dəyişmək cəhdlərinin davamı kimi qiymətləndirib: 


“Venesuelada hər vasitə ilə hakimiyyəti dəyişməyə çalışanlar xalqın güclü müqaviməti ilə rastlaşacaqlar”.


Daha əvvəl “Corpoelec” şirkəti bildirmişdi ki, Venesuelanın “Quri” bəndində təxribat törədilib. Bolivar ştatının cənubunda yerləşən bu stansiya ölkənin təxminən 70 faizini enerji ilə təchiz edir.


Dünən günə. batandan sonra paytaxt Karakas qəfildən qaranlığa bürünüb. Karakasın şərq hissəsində şəhər sakinləri qazan və tavaları çırparaq səs-küy qaldırıblar və “Maduro” şüarları səsləndiriblər.


Xatırladaq ki, ABŞ da daxil olmaqla dünyanın bir sıra ölkələri müxalif lider Xuan Quaydonu qanuni prezident olaraq tanıyıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top