Messi yenidən Argentina millisinə çağrılıb

İDMAN 08 mar 2019, 14:25

"Barselona"nın forvardı Lionel Messi yenidən Argentina millisinə çağrılıb.

 
Demokrat.az xəbər verir ki, Messi 2018-ci il Dünya çempionatının 1/8 final matçından sonra milli komandanın oyunlarında iştirak etməyib.

 
Yığmanın mətbuat xidmətinin məlumatına görə, hücumçu Venesuela (22 Mart) və Mərakeş (26 Mart) ilə yoldaşlıq oyunlarında komandanın sıralarına qatılacaq.

 
Messinin hesabında yığmada 128 oyun və 65 qol var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top