"Mal-qaranın meşələrə girişinin qarşısı alınmalıdır" — Nazir müavini

SOSİAL 08 mar 2019, 11:02

Azərbaycanda meşələrin kənar müdaxilələr olduğu zaman çəpərlənəcək.


Demokrat.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.


Onun sözlərinə görə, meşələrin çəpərlənməsi daimi proses olmayacaq:


“Meşələrdə təbii bərpa prosesi baş verdikdən sonra meşələrdəki çəpərlər sökülür. Başqa ərazilərdə çəpərlənmə işləri aparılır. Belə bir təcrübə Qırğızıstanda da var”.


Nazir müavini bildirib ki, bəzi meşə fondu ərazilərinə mal-qaranın girişinin qarşısı alınmalıdır:


“Bu halların qarşısının alınması üçün meşələrin çəpərlənməsi təcrübəsinin tətbiqi faydalı olar”.


Firdovsi Əliyev xaricdən ting gətirən iş adamlarına da müraciət edib:


“ETSN-nin kifayət qədər yerli şəraitə uyğunlaşdırılmış tingləri var. Buna görə də xaricdən tinglərin gətirilməsinə ehtiyac yoxdur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top