Cavid Qurbanovun federasiyasında biabırçılıq — Maaşlarını ala bilməyən hakimlər çempionatı boykot etdi

İDMAN 08 mar 2019, 00:18

Azərbaycan voleybolunda biabırçı hadisə baş verib.

 

Ölkə çempionatı çərçivəsində keçirilən “Lokomotiv” – U-19 matçı peşəkar hakimlər olmadan keçirilib.

 

Belə ki, hakimlər maaşlarını ala bilmədikləri üçün çempionatı boykot ediblər. Bu səbəbdən qarşılaşmanı “Lokomotiv”in məşqçisi idarə edib. Oyunun xətt hakimləri isə ümumiyyətlə olmayıb.

 

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının prezidenti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur. O, bu posta 2016-cı ilin oktyabrında seçilib. (Yenicag.az)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top