"CBC Sport"da "yarpaq dökümü": Aparıcılar işdən çıxır, maaşlar gecikir

HADİSƏ 07 mar 2019, 21:27

"CBC Sport” telekanalında maliyyə problemləri ciddiləşib.

 

Artıq kanalda "yarpaq tökümü” başlayıb. Bu da əməkhaqqalarının gecikməsi və ya aşağı salınması halları ilə bağlıdır.

 

Qısa müddət ərzində "CBC Sport”u 4 əməkdaş tərk edib. Onlardan ikisi aparıcılar Vəfa Ağabalayeva və Vasif Acalovdur. Hər iki jurnalist bundan sonra fəaliyyətlərini dövlət televiziyasında, yəni AzTV-də davam etdirəcəklər. Bu sayın yaxın günlərdə artacağı istisna deyil.

 

Prosesin davamı kimi telekanalın yüksəködənişli baş direktoru Volkan Üstün də yola salınacağı gözlənilir. Türkiyəli baş direktorun maaşı aylıq 15 min dollar civarındadı. Bu isə "CBC Sport”un büdcəsi üçün böyük yükdür. 

 

Həmin maaşın qarşılığında Üstün xüsusi hansısa fəaliyyəti hiss olunmur. Əvəzində canlı yayımlar zamanı texniki problemlərin sayı artmaqda, yayımın və verlişlərin keyfiyyəti aşağı düşməkdədi. Elə bu səbəbdən də Volkan Üstdən qurtulmaq, onun əvəzinə telekanala rəhbərliyi yerli gənc kadrlardan birinə tapşırmaq planlaşdırılır. Baş direktor ən geci may ayının sonunda ölkəsinə yola salınacaq.

 

Mövzu ilə bağlı şəxsən Volkan bəyin mövqeyini öyrənməyə çalışacağıq. (Sport7.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top