İcra başçısı qadınları təbrik etdi — FOTOLAR

MARAQLI 07 mar 2019, 16:21

Horadiz şəhəri Muğam Mərkəzində 8 Mart Qadınlar Günü münasibəti tədbir keçirilib.


Bu barədə Demokrat.az-a Füzuli rayon İcra Hakimiyyətindən məlumat verilib. 


Məlumata görə, tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlar, şəhid anaları, imtiyazlı qadınlar iştirak edib.


Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramını bildiriblər. 


Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edib, qadınları 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə təbrik edib.

 
Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışan Alı Alıyev bildirib ki, hazırda Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. 


Son illər qadınlar rayonda dövlət qulluğunda, bələdiyyələrdə də uğurla təmsil olunurlar. 


Alı Alıyev qeyd edib ki, respublikamızda qadınlarla bağlı siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 


Ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu vurğulayan Alı Alıyev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətindən bəhs edib.

  
Tədbirdə çıxış edənlər respublikamızda və Füzuli rayonunda qadınlarla bağlı həyata keçirilən uğurlu dövlət siyasətindən, qadınlara göstərilən diqqət və qayğıdan bəhs ediblər.  


Tədbirdə qadınlara qızıl gül və qiymətli hədiyyələr təqdim olunub. 


Sonda Dövlət Dram Teatrının aktyorlarının ifasında tamaşa və incəsənət ustalarının ifasında bayram konserti təşkil olunub. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top