Azərbaycan millisinin tanınmış futbolçusu borca görə evini satdı

İDMAN 07 mar 2019, 14:32

"Keşlə"nin vidalaşdığı Vaqif Cavadov problem içindədi. Millimizin sabiq üzvü ciddi maliyyə çətinliyi yaşayır.


Demokrat.az xəbər verir ki, həyat tərzi və bədxərcliyi üzündən bütün qazandıqları əlindən çıxan Vaqif borc içində boğulur. 


Xeyli adama kifayət qədər çox borcu olan Cavadov onları qaytara bilmir. Futbolçunun hətta qumara qurşanması və bu üzdən miskin duruma düşməsi haqda da yazmışdıq.


"Futbolinfo.az" saytının əldə etdiyi məlumata görə isə futbolçu böyük borclara görə hətta çox dəbdəbəli mənzilini satıb. 


"Yeni Həyat"da yarım milyon manat qiyməti olan evini satışa çıxaran Cavadov problemdən başqa çıxış yolu görməyib.


Vaqif AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti, məşhur futbolçu İsgəndər Cavadovun qardaşı oğludu. Onun atası Füzuli bəy də uzun illər "Neftçi"də oynayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top