"Qarabağ bizi maraqlandırmır" deyə bilmərik — Türkiyənin Xarici İşlər Naziri

SİYASƏT 07 mar 2019, 13:28

Ermənistan tərəfindən işğal olunan  Azərbaycanın tarixi torpaqları "Dağlıq Qarabağ bizi maraqlandırmır" kimi ifadələr işlədə bilmərik.


Demokrat.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər Naziri Mövlüt Çavuşoğlu deyib. 


O, Türkiyədə universitetlərin birində tələbələrlə görüşdə Azərbaycan Türkiyə münasibətlərindən söz açıb: 


“Münasibətlərimiz Azərbaycanla bir millət, iki dövlət səviyəsində qurulub. "Qarabağ bizi maraqlandırmır" deyə bilmərik. Bu gün İslam ölkələrində ciddi problemlər var. Azərbaycan torpaqları da Ermənistan tərəfindən işğal olunub. Buna görə nə etməliyik? Qafqazda və Balkanlarda güclü mexanizmlərlə çalışırıq və bundan sonrada çalışmalıyıq. Bu regionda yerləşən ölkələrlə münasibətlərimizi maksimum səviyədə artırmağımız vacibdir. Biz bu regionda yerləşən ölkələrlə strateji razılaşmalar edir və əlaqələrimizin iqtisadi infrastrukturunu da gücləndiririk”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top