Jurnalist müraciət etdi — Nazir müavini kəndə getdi

SOSİAL 07 mar 2019, 12:50

"Azadinform” İnformasiya Agentliyinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Niyaz Niftiyev Cənub bölgəsində səfərdə olan təhsil nazirinin müavini Məhəbbət Vəliyevaya müraciət edib. 


Demokrat.az xəbər verir ki, jurnalist ondan Cəlilabad rayonu Təzəkənd kənd orta məktəbinə də getməsini, məktəbin vəziyyəti ilə yaxından tanış olmasını xahiş edib. 


Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov da bölgəyə səfər edəcəyini və bu barədə nazir müavinini məlumatlandıracağını bildirib.
 

Daha sonra hər iki şəxs məktəbə baş çəkiblər, vəziyyətini öyrəniblər.


Baş redaktor bununla bağlı feysbuk hesabında məlumat paylaşıb. 


Bildirib ki, Təhsil Nazirliyi problemə müsbət reaksiya verib: 


"Bu məni həddən ziyadə sevindirdi. Məqsədim təhsil sahəsində aparılan islahatlara kölgə salmaq deyildi. Mən də istəyirdim ki, dövlətin bu sahədə apardığı müsbət işlərdən böyük bir kəndin sakinləri də faydalansın. Ümid edirik ki, Təhsil Nazirliyi rəhbərliyi yaxın zamanlarda məktəbin təmiri ilə bağlı müsbət qərar qəbul edəcək”.(BakuPost)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top