Prezident Ağsuda fəhlələrlə görüşdü, sakinlərin şikayətlərini dinlədi — FOTOLAR

HADİSƏ 06 mar 2019, 21:32

Prezident İlham Əliyev Ağsu rayonuna səfərə gedib.


Demokrat.az xəbər verir ki, prezident Fevralın 5-də və 6-da baş vermiş zəlzələ zamanı rayonda olan fəsadların aradan qaldırılması üçün görülən işlərlə yerində tanış olub. 


Dövlət başçısı zəlzələ nəticəsində zərər çəkən evlərin yerində yenidən tikilməkdə olan evlərlə tanış olub. İlham Əliyev Xasayev küçəsinin sakini Gülarə Hökmrəvanın ailəsi üçün tikilməkdə olan yeni evə baxdı, ev sahibinin oğlu Tahir Hökmrəvanla söhbət edib.


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına zəlzələ zonasında görülən işlər barədə məlumat verib. Bildirib ki, yaradılmış komissiyalar tərəfindən əhalinin müraciətlərinə əsasən indiyədək Şamaxıda 4893, Ağsuda 1461, İsmayıllıda 919 evə baxış keçirilib. 


Müəyyən olunub ki, Şamaxıda 244, Ağsuda 150, İsmayıllıda 97 ev kəskin qəzalıdır. Şamaxıda 1111 , Ağsuda 265, İsmayıllıda 262 evin bərpa-gücləndirməsinə ehtiyac var. Şamaxıda 1800, Ağsuda 1022, İsmayılıda, 354 evin isə təmirə ehtiyacı var. 


Bütövlükdə bu rayonlarda 88 ev sökülməyə hazırlanıb, 65 ev sökülüb və sökülməyə başlanıb, həmçinin 38 evin tikintisinə başlanılıb. Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verib.


Sonra dövlət başçısı Firdovsi küçəsinində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni evdə görülən işlərlə tanış olub. Məlumat verilib ki, dağılmış evin yerində tikilən yeni ev 3 otaqdan ibarət olacaq. Burada normal yaşayış üçün hərtərəfli şərait yaradılacaq.


Daha sonra Prezident İlham Əliyerv rayon sakinləri ilə görüşüb, onlarla söhbət edib. 


Dövlətimizin başçısı Ağsu sakinlərinin ərizələrini qəbul edib. 


Görüşdə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə danışılıb, dövlət başçısı sakinləri naraht edən məsələləri dinləyib, müvafiq tapşırıq və tövsiyyələrini verib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top