"Üç rəngli bayraq durduqca, Rəsulzadəni sevgi ilə xatırlayacağıq" — Mübariz Mənsimov

MARAQLI 06 mar 2019, 23:21

“Kapitanların necə fırtınalarla üzləşdiyi kimsəyə maraqlı deyil. Əsas onun gəmini sahilə necə çatdırıb-çatdırmamasına baxır və qiymət ona görə verilir”.


Demokrat.az xəbər verir ki, bunu Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü ilə bağlı sosial şəbəkədə paylaşımda bildirib. 


M. Mənsimov qeyd edib ki, Rəsulzadə və silahdaşları 100 il öncə bu millətin qəlbində elə bir istiqlal atəşi yandırdılar ki, heç bir güc onu söndürə bilmədi: 


“Bir kərə yüksələn bayrağın bir daha enməyəcəyini görməyə ömrü yetməsə də, toxumların cücərməsi üçün mübarizəsini son nəfəsini verənə - 6 mart 1955-ci ilə qədər dayandırmadı. Bu gün başımız üzərində dalğalanan üç rəngli bayraq durduqca, Rəsulzadəni sayğı və sevgi ilə xatırlayacağıq. Ruhun şad olsun, böyük lider!”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top