Deputat Nəsiminin qəzəlinə mahnı ifa edənləri qınadı — Qənirə Paşayevadan SƏRT SÖZLƏR (VİDEO)

MARAQLI 06 mar 2019, 23:40

Qənirə Paşayeva Azərbaycan musiqisini bayağı hala salanları qınayıb.

 
Demokrat.az xəbər verir ki, bu gün Aybəniz Haşımovanın hesabat konsertinə qatılan millət vəkili Qənirə Paşayeva musiqimizi bayağı hala salanlara da öz sözünü deyib: 


"Bu gün Azərbaycanın böyük ustad və şairlərinin bayağı şəkildə təqdim edənləri qınayırıq. Azərbaycanın tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bu cür davranmaq olmaz".


Qeyd edək ki, bir müddət əvvəl Afət Fərmanqızı Nəsiminin "Sığmazam" qəzəlinə mahnı ifa etmişdi. Bu da dinləyicilər tərəfindən birmənalı qarşılanmamışdı. (azxeber.com)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top