MTRŞ sədri “Planet Parni iz Baku”ya qoyulan qadağadan DANIŞDI

GÜNDƏM 06 mar 2019, 21:44

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Tahir İmanov və “Planet Parni iz Baku” KVN Teatrına özəl televiziyalarda qadağa qoyulması ilə bağlı məsələyə münasibət bildirib.


Demokrat.az xəbər verir ki, o, belə bir qadağanın olmadığını deyib.


O qeyd edib ki, özəl televiziya kanalları öz fəaliyyətlərində tam müstəqildirlər: 

 

“Onlar proqram və yaradıcılıq siyasətində də azaddırlar. Onlar mövcud “Televiziya və radio yayımı haqqında” qanuna uyğun olaraq, fəaliyyətlərini qururlar. Kimləri öz efirlərində görmək istəyirlərsə, bu, onların şəxsi qərarıdır. Ona görə də bu kimi sualları onlara ünvanlamağınız məsləhətdir”.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top