Əbülfəz Sadıqlı azadlığa buraxıldı — YENİLƏNİB

HADİSƏ 06 mar 2019, 17:59

Bu gün Qaradağ Rayon Məhkəməsində Müsavat Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqlı, əmisi oğlu Asif Sadıqlı və “Nikoyl” bankın əməkdaşı olmuş Kamran Abbasovun işi üzrə proses başa çatıb.


Demokrat.az xəbər verir ki, hakim Fuad Huseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.


Məhkəmənin hökmü ilə Ə.Sadıqlı barəsində seçilmiş həbs qətimkan tədbiri 1 il 6 ay müddətinə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb.


Digər təqsirləndirilən şəxs barəsində də eyni cəza tətbiq edilib.


* * *


Bu gün Qaradağ Rayon Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqlı, əmisi oğlu Asif Sadıqlı və “Nikoyl Bank”ın əməkdaşı olmuş Kamran Abbasovun işi üzrə proses davam etdirilib.


Demokrat.az xəbər verir ki, hakim Fuad Huseynovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.


Prokuror onların hər biri barəsində 2,6 ay müddətinə azadlığın məhdudlaşdırılması hökmünün çıxarılmasını istəyib.


Hakim müşavirəyə gedib, məhkəmənin hökmü saat 14:00-da elan olunacaq.


Qeyd edək ki, Ə.Sadıqlı 2018-ci ilin noyabrında həbs edilib. Gənc fəala dələduzluq və saxta sənəd hazırlayaraq ondan istifadə etmək ittihamı verilib.


İttihama əsasən, Ə.Sadıqlı yol polisinə “Nikoyl Bank”ının krediti ilə aldığı “Niva” markalı avtomobilə görə borclu qaldığı 5 100 manatın ödənməsi barədə saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb.


Müdafiə tərəfi ittihamı əsassız sayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top