Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın səbəbindən Mirəsədulla Mirqasimov küçəsi və metronun "28 May" stansiyası istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Demokrat.az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.
***
00:15
Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş verən yanğın səbəbindən Mirəsədulla Mirqasimov küçəsi və metronun “28 May” stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat Xidmətindən məlumat verilib.
Sürücülərdən alternativ yol olaraq Səməd Vurğun və Ceyhun Hacıbəyli kücələrindən istifadə etmələri tövsiyə olunur.