BŞİH ağacəkmə aksiyası keçirdi — FOTOLAR

SOSİAL 10 may 2024, 17:50
Ulu Öndər Heydər Əliyevin 101-ci il dönümündə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar mayın 10-da Bakı şəhərində birgə ağacəkmə aksiyası keçirilib.

Demokrat.az xəbər verir ki,tədbirin keçirilməsində məqsəd paytaxtda yaşıllıq zonalarının bərpa edilməsi və genişləndirilməsini təmin etmək, ictimaiyyətin diqqətini bu sahəyə cəlb etməklə ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində yaşıllıqların qanunsuz məhv edilməsinə dair aparılan araşdırmalar gedişatında qanunsuz əməllərə yol vermiş şəxslər tərəfindən təbiətə vurulmuş ziyanın ödənilməsinə əlavə olaraq, bu gün hər iki qurum tərəfindən icra olunmuş Azərbaycan Respublikası Baş Prokurorluğunun “Cərimə Parkı – Təbiətin Qisası” layihəsinin ikinci aksiyası könüllü olaraq məhv edilmiş ağac və kolların sayına uyğun şəkildə yaşıllıqların bərpasına xidmət edir.

Tədbir çərçivəsində Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsində ümumilikdə 192 ədəd xan çinarı və eldar şamı cinsli ağac əkilmişdir.
Qeyd olunan tədbirin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.














 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 may 2024, 22:30
Top