Hakan Fidan BƏƏ prezidenti ilə görüşdü

REGİON 10 may 2024, 18:45
Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.

Demokrat.az
xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

Bildirilib ki, xarici işlər naziri Hakan Fidan BƏƏ-yə 2 günlük rəsmi səfər edib. 

Nazirin BƏƏ prezidenti Əl Nahyan ilə görüşündə gündəm məsələsi Qəzzada atəşkəsin təmin edilməsi üçün atılacaq addımlar olub. 

Görüş zamanı iki ölkə arasındakı münasibətlər də müzakirə olunub.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 may 2024, 18:19
Top