“Ekran asılılığı göz sağlamlığını təhdid edir”

GÜNDƏM 10 may 2024, 18:30
“Gündəlik həyatımızda planşet, kompüter, mobil telefon kimi cihazların həddindən artıq istifadəsi “görmə sindromu” adlanan vəziyyətə səbəb olur”. 

Demokrat.az
xəbər verir ki, bu sözləri Göz Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Səlçuq Nafiz Çəkməcəli “Habertürk”ə danışarkən deyib.

O bildirib ki, bu vəziyyət baş ağrısı, göz quruluğu, göz ətrafında yanma, sancma qızartı və bulanıq görmə kimi əlamətlərlə özünü göstərir:

“Ümumiyyətlə ekran izləmə müddəti 2-12 yaş arasında 60 dəqiqə, 12-18 yaş arasında isə 120 dəqiqədən çox olmamalıdır. Ona görə də hər yaş qrupunda lazımi tədbirlər görülməsə, sadalanan əlamətlər zamanla ortaya çıxacaq. 

Əslində demək istədiyim şey hər yaş qrupu üçün nəzərə alınmalıdır. Hətta otaq temperaturu belə çox isti olmamalıdır. 

Otaq işıqlandırmasında mümkün qədər sarı işıqdan istifadə edilməlidir. Kompüterlə istifadəçi arasında orta hesabla 60 sm məsafə olmalıdır. Kompüterin şüşəsində ekran qoruyucusu mütləqdir. 

Bundan əlavə, kompüter istifadəçisinin eynək taxmalı və ya mütəmadi olaraq gözyaşardıcı damcılardan istifadə etməlidir”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 may 2024, 22:30
Top