Sankt–Peterburqda içində sərnişinlər olan avtobus çaya düşdü

DÜNYA 10 may 2024, 15:15
Sankt-Peterburqda sərnişin avtobusu çaya düşüb.

Demokrat.az bildirir ki, bu barədə BAZA teleqram kanalında görüntülər paylaşılıb.

Körpüdə baş verən qəzadan sonra avtobus Moika çayına düşüb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir. Qurbanların sayı ilə bağlı məlumat dəqiqləşdirilir.

Çaya düşən avtobusdan ən azı 5 nəfər xilas edilib. Onlar həkimlərə təhvil verilib. Suya düşən avtobusda əvvəllər 20-dən çox sərnişin olub. Hadisə şahidlərinin sözlərinə görə, avtobusda olan insanların köməyinə ilk olaraq tikintidə işləyən inşaat işçiləri gəlib.

Nahar edən işçilər suya düşmüş avtobusu görən kimi insanları xilas etmək üçün özlərini çaya atıblar.

“Baza”nın məlumatına görə, çaya düşən avtobus 262 saylı marşrut xətti üzrə hərəkət edirmiş.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 may 2024, 22:30
Top