Nərimanovda yol qəzası: Yaralanan var

HADİSƏ 09 may 2024, 08:26
Bakının Nərimanov rayonunda 32 yaşlı qadın yol qəzasında xəsarət alıb.

Demokrat.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü Hacıyeva Nərmin Bayram qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top