Maduro Putini təbrik etdi: “Venesuela xalqı sizi sevir”

DÜNYA 08 may 2024, 10:20
Venesuela Prezidenti Nikolas Maduro yenidən Rusiya Prezidenti seçilməsi münasibətilə Vladimir Putini təbrik edib. 

Demokrat.az
xəbər verir ki, bununla bağlı Nikolas Maduro təbrik paylaşımı edib. 

Təbrikdə deyilir:

“5-ci dəfə Rusiya Federasiyasının Prezidenti seçilən Vladimir Putini Venesuela xalqı adından təbrik edirəm. O, dünyanın ən böyük liderlərindən biridir. Putin Rusiya Federasiyasını dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirib. Venesuela xalqı sizi sevir”.

Qeyd edək ki, dünən Vladimir Putinin andiçmə mərasimi keçirilib. Putin beşinci dəfə Rusiya Federasiyasının Prezidenti kimi rəsmi fəaliyyətinə başlayıb.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top