Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaq

XARİCİ SİYASƏT 06 may 2024, 17:23
Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaq.

Demokrat.az Slovakiya KİV-ə istinadən xəbər verir ki, sənəd Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana səfəri çərçivəsində imzalanacaq.

Bundan başqa, Azərbaycan və Slovakiyanın müdafiə nazirləri arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması planlaşdırılır.

Xatırladaq ki, Slovakiyanın Baş naziri Robert Fitso bu gün Azərbaycana səfərə yola düşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top