Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başladı

MƏDƏNİYYƏT 06 may 2024, 14:21
Bu gün 2024/2025-ci tədris ili üçün musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb.

Demokrat.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki həmin məktəblərə şagird qəbulu ilk dəfə olaraq elektron qaydada həyata keçirilir.

Mayın 6-sı 12:00-dan start götürən qəbul prosesi "my.culture.az" vahid şəxsi kabineti vasitəsilə mayın 31-dək həyata keçiriləcək.

Qeyd edək ki, mayın 6-31-də tez və ya gec müraciət etməsindən asılı olmayaraq bütün müraciətlər bərabərhüquqlu hesab edilir və müraciəti təsdiqlənmiş şəxslər növbəti imtahan mərhələsinə vəsiqə qazanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top