“Çaylarda sanitar normalar təmin edilməlidir” — Balıqçılığın inkişafı nədən asılıdır?

SOSİAL 01 may 2024, 12:35
Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir. Balıqların kürütökmə dövrü ilə əlaqədar sentyabradək ölkənin bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində müvafiq tədbirlər görülür.

Ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında balıq ovuna məhdudiyyətlər qoyulmasının vacib olduğunu deyib:

“Əslində balıq ovlamaq üçün qoyulan məhdudiyyətlərin hər biri həm qiymətli balıq növlərinin qorunması, həm də gələcəkdə balıqçılığın inkişafını daha dayanıqlı etmək üçün atılan addımlardır. Bununla yanaşı həm də balıqların yaşadığı çay, göl və dəniz ekosistemlərinin kompleks şəkildə qorunması da vacibdir. Bunun üçün ekosistemlərin çirklənməsinin qarşısı alınmalı, eləcə də çaylarda sanitar normaların təmin edilməsi çox vacibdir”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top