Bakıda alışan TIR-da 212 ədəd paltaryuyan və qabyuyan yanıb — VİDEO (YENİLƏNİB)

HADİSƏ 01 may 2024, 11:38
Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.

"Yaxınlıqda dayanan “Scania” markalı yük avtomobilinin 6 ədəd təkəri və banına yığılan karton taralar qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb",-deyə məlumatda qeyd olunur.


***
09:13


Bakıda iki yük maşını alışaraq yanıb. 

Demokrat.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. 

Yanğın hadisəsinin "İpək Yolu" Gömrük Terminalı ərazisində baş verdiyi bildirilir.  

Xarici vətəndaşlara məxsus iki TIR yanmağa başlayıb. 

Görüntüləri olduğu kimi təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top