Bakıda tələbələr saqqala görə dərsə buraxılmadılar: Prorektordan açıqlama — VİDEO

SOSİAL 01 may 2024, 08:09
Paytaxtdakı ali məktəblərin birində təhsil alan tələbələr saqqala görə dərsə buraxılmayıblar.

Nəticədə onlar dərslərdən geri qaldıqlarını, qayıb limitini doldurduqlarına görə imtahana buraxılmadıqlarını deyiblər.

“Səhər tezdən universitetə gəlmişəm, saqqala görə dərsə buraxmırlar. Hansı qanunda yazılıb ki, saqqallı tələbə dərsə daxil ola bilməz?”, - deyə tələbə öz narazılığını bildirib.

Məsələ ilə bağlı universitetin prorektoru Cavidan Heydərov bildirib ki, tələbələrin saqqala görə dərsə buraxılmamaları həqiqəti əks etdirmir.

Daha ətraflı Baku TV-nin süjetində:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top