Tanınmış iş adamının oğlu intihara cəhd edib — VİDEO (FOTO)

HADİSƏ 30 apr 2024, 18:52
Tanınmış iş adamı Fəxrəddin Fərhadovun oğlu Əlizamin Fərhadov bloger Aysel Şükür və Ramal İsayevdən şikayət edib. 

Demokrat.az-a daxil olan məlumata görə, Əlizamin Fərhadov şikayət ərizəsində qeyd edib ki, Aysel Şükür və Ramal Isayev onu ölüm həddinə çatdırıblar. İş adamının oğlu hətta intihara cəhd etdiyini bildirib.  

O, Ramal Isayevin narkotik vasitələrdən istifadə etdiyini bildirib. Belə ki, Ramal İsayev DTX-nın Hərbi-Tibb Baş İdarəsi Mərkəzi Laboratoriyasında verdiyi 116 maddədən test nəticələri neqativ olub və qanında narkotik vasitə aşkar edilməyib.

Xatırladaq ki, Aysel Şükür sabiq Bakı Lift İdarəsinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızıdır. Qüdrət Şükürov qızının 400 min dollarlıq toyu ilə gündəmə gəlmişdi.



 

Fatimə Qəmbərli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top