Məşhur müğənni Qəzzaya 2 milyon dollar bağışladı

DÜNYA 30 apr 2024, 18:57
Dünyaca məşhur kanadalı müğənni, The Weeknd Qəzzaya dəstək üçün 2 milyon dollar bağışlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, sözügedən yardım bölgəyə 18 milyon çörək paylanması məqsədilə edilib.

İanə həmçinin 157 mindən çox fələstinlinin qida ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.

Xatırladaq ki, 34 yaşlı müğənni 2023-cü ilin dekabrında bölgəyə 2,5 milyon dollar bağışlamışdı. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top