Dünyada israf edilən yeməklər nə qədər insana kifayətdir?

DÜNYA 23 apr 2024, 22:10
Dünyada israf olunan qidalar 2 milyard insanın doymasına kifayət edə bilər.

Demokrat.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) məlumatına görə, ərzaqların 17 faizi evlərdə və pərakəndə satışda israf olunur.

Hər il insan istehlakı üçün istehsal olunan qida məhsullarının təxminən üçdə biri istehlak edilmir əksinə, israf edilir. 

Qida istehsalındakı çatışmazlıq qlobal aclıq böhranına səbəb olmur. Çünki hazırda dünyada hər bir fərd üçün kifayət qədər qida istehsal olunur.

Buna baxmayaraq, dünyanın hər yerində insanlar aclıqla mübarizə apararır. Bir çox zəngin ölkələrdə israfçılıq mətbəxdən başlayır və yeməklərin çoxu yeyilmədən atılır. 

Aclıq böhranının əsas səbəblərindən biri ərzaq itkisinin olmasıdır. Ərzaq itkisi həm də qida istehsalı üçün istifadə edilən torpaq, su və enerji kimi ehtiyatların israfına səbəb olur. 

Ümumdünya Ərzaq Proqramının araşdırmasına görə, qlobal miqyasda istehsal edilən, lakin atılan qidalar 2 milyard insana bəs edir. Bu rəqəm aclıqdan çatışmazlığından əziyyət çəkən insanların sayından iki dəfə çoxdur. 

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top