“Bu cür açıqlamalar iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirir”

GÜNDƏM 23 apr 2024, 20:55
İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Ermənistan Azərbaycan münasibətlərindən danışıb. Dörd kəndin geri qaytarılması ilə bağlı jurnalistlərin sualını cavablandıran XİN rəsmisi bildirib ki, İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmətlə yanaşır: “Azərbaycan və Ermənistanın bir-birinin suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət göstərməsi, sülh yolu ilə sərhəd məsələlərinin həlli istiqamətində səylərini davam etdirməsi davamlı sülh və sabitliyin Cənubi Qafqazda bərqərar olması üçün zəruridir”, - o əlavə edib. 

Kənaninin açıqlamasını politoloq Qabil Hüseynli Demokrat.az-a şərh edib.

O deyib ki, nadir də olsa, İran tərəfinin belə açıqlama ilə çıxış etməsi sevindirici haldır:

“Görünür bunu deyən şəxs beynəlxalq hüquqa hörmətlə yanaşır, onun norma və prinsiplərindən xəbərdardır, Avropa dəyərlərinin fərqindədir. İranın Ermənistandakı səfiri, ordu generalı Azərbaycan haqqında vaxtaşırı ürəkbulandıran fikirlər səsləndirirlər. Açıqlamaları ilə hətta bizi təhdid edirlər. İran dövləti fərqində olmalıdır ki, ölkə rəsmilərinin Azərbaycan haqqında xoşagəlməz açıqlamaları iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirməkdən başqa bir işə yaramır”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top