“Tesla” 400 işçisini ixtisar etməyi planlaşdırır

DÜNYA 23 apr 2024, 20:10
ABŞ-də yerləşən elektrikli avtomobil istehsalçısı “Tesla” 400 işçini ixtisar etməyi düşünür.

Demokrat.az xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib.

Açıqlamaya görə, 400 nəfərin ixtisarı şirkətin Almaniyadakı Giga fabrikində həyata keçiriləcək.

Hazırda sözügedən fabrikin işçi şurası ilə könüllü ixtisarla bağlı danışıqlar aparıldığı da bildirilir. 

Qeyd edək ki, fabrikdə 12 mindən çox insan çalışır. İlon Maska məxsus “Tesla” bu ay qlobal işçi qüvvəsini təxminən 10 faiz azaldacağını açıqlamışdı.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top