76 pişiyi öldürən şəxs həbs olundu

DÜNYA 23 apr 2024, 18:46
Cənubi Koreyada 76 pişiyi öldürən şəxs 14 ay həbs cəzasına məhkum edilib. 

Demokrat.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Məlumata görə,təxminən 20 yaşlarında olan gənc Cənubi Koreyanın heyvanların mühafizəsi qanununu pozmaqda təqsirli bilinib. 

Məhkəmə gəncin kimliyini açıqlamayıb.

Gənc oğlanın hadisəni pişiklərin avtomobilini cızması səbəbindən törətdiyi öyrənilib.

Qeyd edək ki, bu cinayət son illərin ən dəhşətli hadisələrindən biri kimi ölkənin rekordlarına düşüb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top