Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb

GÜNDƏM 23 apr 2024, 18:54

Xankəndidə 33 ildən sonra dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb.

Bu barədə Oxu.Az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən bildirilib.

Körpənin valideynləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin Xankəndi şəhərində çalışan əməkdaşı Abbas Məmməd oğlu Abdullayev ilə həmin qurumda mühəndis kimi çalışan həyat yoldaşı Səadət Faddin qızı Namazlıdır.

Mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ailəyə Xankəndi şəhərində mənzil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top