Üç delimitasiya variantı müzakirə edilib — KİV

GÜNDƏM 23 apr 2024, 15:39
“Hakimiyyətə yaxın mənbəmizin məlumatına görə, tərəflər uzun müddət demarkasiyanın üç variantını müzakirə ediblər və guya Ermənistanın maraqları baxımından nə ən pisi, nə də ən yaxşısı seçilməyib, orta olan seçilib”.

Demokrat.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, ən yaxşı variant prosesin kompromis variant kimi, “Azərbaycana məxsus olan Azərbaycana, bizim məxsus olan bizə” prinsipi ilə həyata keçirilməsi idi.

“Başqa sözlə, 1991-ci il sərhədlərinə qayıdacaqdıq: biz 90-cı illərin müharibəsində Ermənistanın nəzarətinə keçən Azərbaycan ərazilərini qaytarmalıydıq, onlar da Ermənistan ərazilərini verməliydilər. Təbii ki, İlham Əliyev bu variantla razılaşmadı. Ermənistan da ən pis varianta sadiq qalmamasını böyük uğur hesab edib. Bu varianta əsasən, Azərbaycan dərhal Tavusdakı 4 yaşayış məntəqəsini ona qaytarmağı, daha sonra Quşçu, Göyçə, Zəngəzur və digər vilayətlərin sərhədlərini ayrıca müzakirə etməyi təklif edib. Üçüncü variant - dövlətlərarası sərhədi Alma-Ata Bəyannaməsi ilə çəkmək seçilib. Yeri gəlmişkən, Alma-Ata Bəyannaməsində heç bir dövlətin sərhədləri qeyd olunmayıb”, - deyə nəşr

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top