İraq və Suriyanın şimalında terrorçular zərərsizləşdirilib

DÜNYA 23 apr 2024, 18:28
İraq və Suriyanın şimalında 19 terrorçu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, terrorçulardan 15-i İraqın, 4-ü isə Suriyanın şimalında həyata keçirilən tədbirlərlə məhv edilib.

Nazirlikdən bildirilib ki, terrorla mübarizə tədbirləri bütün bölgələrdə davam etdirilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top