Əvəz Zeynallı ilə bağlı qərar VERİLDİ

HADİSƏ 23 apr 2024, 10:59
“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının barəsindəki hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin barəsində çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ilə Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top