Xüsusi zolaqların çoxalması velosiped alanların sayını ARTIRDI — VİDEO

GÜNDƏM 23 apr 2024, 00:24

Paytaxtda velosiped zolaqları şəbəkəsinin genişləndirilməsi bu nəqliyyat vasitəsindən istifadə edənlərin sayını artırıb.

Xezerxeber.az-ın məlumatına görə, saatlarla tıxacda qalmaq istəməyən sürücülər velosipedlərə üz tuturlar. Artıq insanlar velosipeddən əyləncə və idman üçün deyil, həm də işə getmək üçün istifadə edirlər.

Velosiped mağazalarında da canlanma var.

Satıcıların sözlərinə görə, əvvəlki illərə nisbətən bu il alıcı sayında xeyli artım var.

Qiymətlər ölçüyə və markaya görə fərqlənir. Son vaxtlar elektrikli velosipedlərə maraq artıb.

Qeyd edək ki, Bakıda 6,5 kilometr məsafəni əhatə edən davamlı mikromobillik zolağı artıq istifadədir. Növbəti mərhələdə velosiped zolaqları şəbəkəsinin uzunluğunun 50 kilometrə çatdırılması planlaşdırılır.

Ətraflı süjetdə:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top