Şagirdlər daha ev tapşırığı etməyəcəklər? — VİDEO

GÜNDƏM 22 apr 2024, 22:41

Əksər valideynlər, elə şagirdlər də ev tapşırıqlarının çoxluğundan şikayət edirlər.

Deyirlər ki, həm məktəbdə dərs oxumaq, həm də evə qayıtdıqdan sonra uzun müddət ev tapşırıqlarını etmək şagirdləri yorur.

Onların demək olar ki, boş vaxtları qalmır.

Bəs əslində, bu necə tənzimlənməlidir?

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, ev tapşırıqları zamanı şagirdlərin onları hansı müddətdə yerinə yetirməsi imkanları nəzərə alınmalıdır:

“Bu müddətlər 1-ci sinifdə bir saata qədər, 2-ci sinifdə iki saat yarıma qədər, 3-4-cü siniflərdə iki saata qədər, 5 və 6-da iki saat yarıma qədər, 7 və 8-ci siniflərdə üç saata qədər, 9 və 11-ci siniflərdə isə dörd saata qədər təşkil etməlidir”.

Qeyd edək ki, ev tapşırıqlarına şifahi mövzular da daxildir.

Nəzərə alsaq ki, yola sərf olunan vaxt daxil gün ərzində azı doqquz saat şagird məktəbə sərf edir, hər növbəti gün üçün o, altı-yeddi fənn üzrə tapşırıq yerinə yetirməli olarsa, deməli, gün ərzində şagirdin istirahətinə heç bir saat da vaxt qalmır.

Daha ətraflı Baku TV-nin süjetində:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top