Qarabağdan çıxan Rusiya hərbçiləri ilə bağlı YENİ XƏBƏR — “Dağıstandadırlar, Ukraynaya gedəcəklər”

GÜNDƏM 22 apr 2024, 20:22

 

Qarabağdan çıxarılan Rusiya sülhməramlı kontingenti ilə bağlı yeni xəbər var.

Sözügedən hərbi kontingentə yeni tapşırıq verilib və onların Ukrayna cəbhəsinə göndəriləcəyi ehtimalı böyükdür.

Rusiyanın nüfuzlu pravda.ru saytı bununla bağlı aşağıdakıları yazıb:

“Əldə edilən məlumata görə, 2020-ci ilin payızından Dağlıq Qarabağda olan sülhməramlı kontingent bu həftədən etibarən geri çəkilməyə başlayıb. Kontingent 2 minə yaxın əsgərdən ibarət idi. Ağır texnikası olan hərbçilər dəmir yolu ilə Azərbaycan sərhədindən Dağıstana daşınır. Qərb mediası artıq onlarla kifayət qədər yeni BTR-82A zirehli transportyorlarının da daxil olduğu bu kontingentin tam qüvvə ilə Ukraynaya gedəcəyindən ehtiyat edir. Rusiyalı analitiklər artıq qeyd ediblər ki, bu, RF Silahlı Qüvvələri üçün yaxşı ehtiyat olacaq”.(konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top