Hər vaxtınız xeyir, hörmətli bacılar, qardaşlar. Çatdırmaq olmur. Bir-birinin ardınca o qədər böyük hadisələr baş verir ki, dinamikası ilə ayaqlaşa bilmirsən. Rusiya Sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağ İqtisadi Rayonunu tərk etməsi mövzusunu layiqincə şərh edib bitirməyə, bundan sonrakı proseslər barədə dərindən düşünüb başa çatdırmağa macal tapmamış Qazax rayonunun 4 kəndinin bir atəş açılmadan belə Azərbaycana qaytarılması xəbərini aldıq.