BAM-ın inşasında Heydər Əliyevin böyük rolu olub — Putin

XARİCİ SİYASƏT 22 apr 2024, 16:58
Heydər Əliyev Baykal-Amur magistral xəttinin (BAM) inşasında mühüm rol oynayıb.

Demokrat.az xəbər verir ki, bunu Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“O, (Heydər Əliyev – red.) bütün Sovet İttifaqı üçün əhəmiyyətli olan möhtəşəm layihənin təşkilatçılarından biri idi”, - o vurğulayıb.

Onun sözlərinə görə, Rusiya hələ də BAM-ı inkişaf etdirir: “Atanızın layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmətlər, illər bu gün də mühüm rol oynayır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top